Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paşinyan ABŞ-a səfərə hazırlaşır

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a səfər etməyə hazırlaşır.

Mynews.az-ın məlumatına görə, bu barədə ölkənin XİN rəhbəri Zoqrab Mnaçakanyan Ermənistanın Azadlıq radiostansiyasının efirində deyib.

“Ermənistan baş naziri artıq ilk səfərlərinə başlayıb. Bu həftə o Gürcüstana baş çəkib, və bu baş nazirin xarici əlaqələr üzrə gündəmində vacib rol oynayır. Əlbəttə ki, istiqamətlərdən biri də ABŞ-dır”, - Mnaçakanyan bildirib.

“Biz həmçinin ABŞ və digər ölkələrdən tərəfdaşları öz ölkəmizdə görməyə məmnun olacağıq”, - nazir qeyd edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...