Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyəli müğənni dənizdə batdı - VİDEO

Türkiyəli müğənni Onur Can Özcan dənizdə batıb.

Mynews.az xəbər verir ki, dənizdə gəminin batması nəticəsində müğənni itkin düşüb, bir nəfər isə həyatını itirib. 

Bildirilir ki, İmrenli Koyudan dənizə açılan və içində 5 nəfərin olduğu gəmi sahildən təxminən 300 metr uzaqda, naməlum səbəbdən alt-üst olub.

Gəmidəki Hasan Ekşi (23), Recep Gülyıldırım (26), Levent Sarı və (30) Ulaş Sarı (23) üzərək sahilə çıxıb. Recep Gülyıldırım dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

21 yaşlı bəstəkar, solist və söz müəllifi Onur Can Özcanın isə cansız bədəni tapılıb.

Qeyd edək ki, mahnıları ilə internetdə milyonlarla baxış sayı toplayan gənc populyar idi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...