Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Putin sözünü kəsən jurnalistə alman dilində cavab verdi - VİDEO

Rusiya prezidenti Vladimir Putinin Avstraliyanın ORF telekanalına müsahibəsi zamanı jurnalist bir neçə dəfə rus liderin sözünü kəsib. 

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bunun əvəzində Putin jurnalistdən səbrli olmağı və ona sona qədər qulaq asmağı xahiş edib. 

“Əgər siz səbrli olsaz və mənə sona qədər qulaq assaz, siz bu sualla bağlı mənim mövqeyimi biləcəksiz. Yaxşı?”, - Putin deyib. 

O, həmçinin Donbasda MH17 reysini yerinə yetirən Boeing təyyarəsinin qəzaya uğraması ilə bağlı jurnalistin sualına sərt reaksiya verib. Prezidentə sona qədər qulaq asmayan aparıcı rus liderin bu məsələ ilə bağlı mövqeyini dəqiqləşdirmək istəyib. 

Putin 2014-cü ildə Krımın ilhaqı məsələsi ilə bağlı sualdan sonra növbəti dəfə jurnalistdən sözünü kəsməməyi xahiş edib. 

“Bir saniyə, mənə danışmağa imkan verin. Siz davamlı şəkildə sualları səsləndirmək yoxsa onların cavablarını da eşitmək istəyirsiz?”, - o bildirib. 

Bir müddət sonra rus lider fikirlərini alman dilində səsləndirib. 

“Mənə sona qədər danışmağa imkan verin. Seien Sie so nett, lassen Sie mich etwas sagen (Lütfən, mənə danışmağa imkan verin)”, - Putin deyib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...