Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Boşandığı əri oğlunu qaçırdı - Özünü yerdə sürüdü - VİDEO

Türkiyənin Sancaktepe ərazisində 5 yaşlı oğlu ilə gəzməyə çıxan Serpil Uzer adlı qadın həyatının ən ağır günlərindən birini yaşayıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, gənc qadının oğlunu avtomobillə qaçırıblar.

Avtomobilin arxasınca qaçan ana qapıdan tutub və sürünüb. S.Uzer əl və ayaqlarından xəsarətlər alıb, lakin övladını xilas edə bilməyib.

O, polisə gedərək şikayətçi olub. Ananın ifadəsinə görə, oğlu keçmiş əri tərəfindən qaçırılıb: "Ayrıldığım həyat yoldaşım oğlumu qaçırdı. Onun bağırtıları hələ də qulağımdadır. Arxasınca qaçdım, amma xilas edə bilmədim. Qara bir maşın idi".

Hadisə anı təhlükəsizlik kamerası tərəfindən qeyd olunub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...