Rusiyanın dövlət kanalında növbəti anti-Azərbaycan çıxış...
Ermənipərəst mövqeyi ilə tanınan Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyovnövbəti dəfə antiazərbaycan çıxışı ilə gündəmdədir.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, ukraynalı politoloq Vyaçeslav Kovtun diskussiya zamanı Azərbaycanın mövqeyini və onun ərazi bütövlüyü haqqını dəstəklədiyini bəyan edib. "Rossiya-1" dövlət televiziyasında yayımlanan verilişin aparıcısı Solovyov isə Kovtuna Qarabağın hər zaman ermənilərin yaşadığı ərazi olduğunu bilib-bilmədiyini soruşub.
Daha sonra bildirib ki, hətta müasir Yerevan ərazisində elə bir dövr olub ki, ermənilər məskunlaşmayıb, lakin Artsax (Qarabağ) torpaqlarında hər zaman ermənilər olublar:
"Əgər sülh yolu ilə olmayacaqsa, bu məsələni həll etməyin yeganə yolu Artsaxda yaşayan erməniləri məhv etməkdir. İnsanlıq buna getməyəcək. Bu insanlar dünənə kimi müəllim işləyirdilər, torpaq becərirdilər, daha sonra müharibə başladı. Yeri gəlmişkən, Sovetlər İttifaqı rəhbərliyinin ucbatından...Və o zaman həmin insanlar ayağa qalxdılar və özlərini, olduqları kimliklərini qorumağa məcbur oldular".
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 966 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 934 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 925 dəfə oxunub