Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Terrorçu uşaqları öldürdü: ABŞ-dakı faciənin detalları

Orlandonun qərbində girovların azad olunması əməliyyatı faciə ilə bitib. Polislər girovluqda saxlanılan, yaşı 12-dən az olan dörd uşağı xilas edə bilməyiblər. 

Mynews.az xəbər verir ki, Florida sakini uşaqları öz evində bağlayıb. 

O, hadisə yerinə gələn polislərə atəş açıb. Hadisə zamanı bir polis yaralanıb. 

“Orlando Sentinel” nəşrinin məlumatına görə, qadın polisə zəng edərək, sevgilisi tərəfindən uşaqlarının döyüldüyünü bildirib. 

Yerli mətbuat həmin şəxsin intihar etdiyini açıqlayıb. Polislər evə girən zaman azyaşlılar ölü olub. Hadisənin təfərrüatı araşdırılır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...