Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Korrupsiya məsələsinə görə Netanyahunun ifadəsi alındı

İsrailin baş naziri Benyamin Netanhayunun korrupsiya araşdırması çərçivəsində polisə ifadə verdiyi deyilir.

Mynews.az xəbər verir ki, bu barədə məlumatı İsrail radiosu yayıb. Məlumatda bildirilib ki, nazirlik binasına polislər gəlib. Həmçinin israillilərin binanın həyətinə toplaşaraq Netanyahuya etiraz etdiyi qeyd olunub. Lakin Netanyahudan ifadə alınması barədə polis tərəfindən hər hansı açıqlama verilməyib. Baş nazirin İsrailin ən böyük telekomunikasiya şirkəti olan Bezeq-lə şübhəli razılaşmalara gəldiyi iddia olunur.

Qeyd edək ki, baş nazirin adı bundan əvvəl də rüşvət qalmaqalında hallanıb. O, "İllərdir mənə və ailəmə qarşı aparılan əziyyət nəticəsində dünən heç bir şey çıxmadı. Heç bir şey də olmayacaq, çünki heç bir şey yoxdur" deyərək iddiaları təkzib edib.(Milli.Az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...