Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yaponiyada oteldə zəhərlənmə - 71 nəfər xəstəxanaya yerləşdirildi

Yaponiyanın Kioto şəhərində yerləşən otellərdən birində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, otelin 71 sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənənlər arasında İbaraki prefekturasından ekskursiyaya gələn məktəblilərin də olduğu bildirilir. Hazırda xəstəxanalarda 19 məktəbli müalicəsini davam etdirir.

Kütləvi zəhərlənmə baş verən oteldə yoxlama aparılır, polislər araşdırmaya başlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...