Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paşinyan Qarabağdadır

Ermənistanın baş naziri Nikol Paşinyan işğal edilmiş Dağlıq Qarabağa bir günlük səfəri  çərçivəsində separatçıların lideri Bako Saakyanla birgə Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində yerləşən mövqelərində olub.

Mynews.az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan və Saakyanı Ermənistanın müdafiə naziri David Tonoyan, separatçıların “müdafiə naziri” Levon Mnaçakanyan, Ermənistan Silahlı Qüvvələrinin qərargah rəisi Artak Davtyan və hərbi inspektor Movses Akopyan müşayiət edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...