Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Moskva-Bakı aviareysi təxirə salındı

Bazar gününə keçən gecə Moskva aeroportlarında onlarla reys təxirə salınıb və ya ləğv olunub.

Mynews.az report.az-a istinadən bildirir ki, onların arasında gecə saatlarında Moskvadan Bakıya uçmalı olan təyyarə reysi də var.

Gecə saat 01:40 radələrinə qədər ümumilikdə Vnukovo aeroportunda 5 aviareys, Domodedovoda, Moskva-Bakı aviareysi də daxil olmaqla 14 reys, Şeremetyevoda isə 6 reys təxirə salınıb və ya ləğv olunub.

Lakin yarım saatdan sonra təxirə salınan və ya ləğv olunan aviareyslərin sayı artıb. Bakı vaxtı ilə 02:20-yə olan məlumata görə, Domodedovo hava limanında 14 reys gecikmə ilə uçub, ikisi ləğv olunub, Vnukovoda 8 reys gecikib və 3-ü ləğv olunub, Şeremetyevodan isə 8 reys uça bilməyib.

Reyslərin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...