Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ata uşağını maşında unutdu: 6 aylıq körpə havasızlıqdan öldü

Kanadada avtomobildə unudulan 6 aylıq körpə dünyasını dəyişib.

Mynews.az xəbər verir ki, Montrealda baş vermiş hadisə barədə polis sözçüsü Jan Pier Brabant məlumat verib.

Adı açıqlanmayan ata körpəni baxçaya vermək əvəzinə maşında unudub. İşdən sonra körpəsini almaq üçün baxçaya gedən həmin şəxsə "Bu gün uşağınızı gətirməmisiniz" cavabı verilib. Daha sonra dərhal avtomobilə gedən ata körpəni huşsuz vəziyyətdə tapıb. Tibbi müdaxiləyə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb. Ölüm səbəbi kimi havasızlıq göstərilib.

Qeyd edək ki, polis cinayət işinin hələ açılmadığını, istintaq prosesindən sonra buna qərar veriləcəyini deyib. Hər iki valideynin şok keçirdiyi, xəstəxanaya yerləşdirildiyi bildirilir. (Sfera.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...