Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Putin və Trampın müzakirə edəcəyi məsələlər məlum olub

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı iqtisadi məsələləri, Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edəcək. 

Mynews.az xəbər verir ki, bununla bağlı ABŞ-ın vitse-prezidenti Maykl Pens “Bloomberg” agentliyinə müsahibəsində məlumat verib. 

“Müzakirə ediləcək məsələlər çoxdur. Liderlər bir çox mövzulara toxunacaqlar. Bunlara iqtisadi məsələlər, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi, Ukrayna və Suriyadakı vəziyyəti göstərmək olar”, - Pens bildirib. 

Pens Rusiyanın “Böyük yeddilik” qrupuna qayıdacağı ilə bağlı sualı cavablandırmaqdan imtina edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...