Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İyirmi dörd arvad saxlayan kişi cəzalandırıldı - VİDEO

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Ali Məhkəməsi 61 yaşlı çoxarvadlı Uinstoun Blekmorla bağlı qərar çıxarıb.

Mynews.az “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, o, həbs cəzasından canını qurtara bilib.

2017-ci ilin iyulunda həmin şəxs 24 arvad saxlamaqda, onun kürəkəni 53 yaşlı Ceyms Oleranı isə eyni anda 5 nəfərlə evlənməkdə ittiham olunub.

Blekmor 6 aylıq ev dustaqlığına məhkum edilib. O, bu müddətdə işləyə və həkimə müraciət edə bilər. Ceyms Olera da eyni cəza alıb. Blekmor 150 saatlıq, Olera isə 75 saatlıq ictimai işlərə cəlb olunacaq.

Məlumatlara görə, Blekmorun 149 uşağı var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...