Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paşinyan erməni ordusunu ifşa etməyə hazırlaşır

Ermənistan baş naziri Nikol Paşinyan məmur övladlarından kimlərin və hansı səbəbdən ordudan yayındığını müəyyən etmək niyyətindədir. 

Mynews.az xəbər verir ki, bununla bağlı “Jixovurd” nəşri məlumat yayıb. 

Bildirilib ki, bu günlərdə keçmiş hökumətin bir çox üzvləri təşviş içindədir. 

“Onlar obyektiv və subyektiv səbəblərə görə öz vaxtlarında oğullarını ordudan azad ediblər. İndi isə onlar öz qanunsuz əməllərini ört-basdır etmək niyyətindədir”, - nəşr yazıb. 

Qeyd edilib ki, Paşinyan məsələ ilə bağlı araşdırmalar aparılması tapşırığını verib. 

Nəşrin məlumatına görə, yaxın günlərdə araşdırmaların nəticələrinin açıqlanması gözlənilir. 

Ordudan yayınanlar arasında Respublika partiyasından olan deputatlar Aşot Arsenyan və general Seyran Saroyanın, “Tsarukyan” blokundan olan deputatlar Sergey Baqratyanın, Sünik rayonun sabiq qubernatoru Surik Xaçatryanın övladları da var. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...