Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa Birliyi ölkələrinin liderləri Brüssel sammitində Rusiyaya qarşı sanksiyaların yarım il müddətinə uzadılması ilə bağlı qərar qəbul edib. 

Mynews.az xəbər verir ki, bununla bağlı RİA Novosti Avropa Birliyi strukturundakı mənbəyə istinadla məlumat yayıb. 

“Rusiya, Ukrayna və Minsk razılaşması ilə bağlı qısa müzakirələr aparıldı və sanksiyaların müddətinin 6 ay daha uzadılması ilə bağlı qərar qəbul edildi”, - məlumatda deyilir. 

Avropa Birliyi, ABŞ və bir sıra ölkələr Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki münaqişə səbəbindən 2014-cü ildən rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. 

Avropa Birliyi liderlərinin iki günlük Brüssel sammiti iyunun 28-də başlayıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...