Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Erməni kəndlilər Sarkisyanın komandasına qarşı üsyana qalxdı

Manvel Qriqoryanın doğulduğu Ermənistanın Arşaluys kəndinin sakinləri kənd administrasiyasının qarşısına toplaşıblar. Onlar hazırda məzuniyyətdə olan kənd sədri Zarzand Qriqoryanın istefasını tələb edirlər. 

Mynews.az bununla bağlı Oxu.az-a istinadla xəbər verir.

“Biz bu diktatorla yaşamaq istəmirik, o kəndi qarət edir, bizim qazanclarımızı əlimizdən alır”, - kənd sakinlərindən biri deyib. 

Digər sakin bildirib ki, Qriqoryan 10 il müddətində kənd sakinlərini əsir saxlayıb. 

Xatırladaq ki, Zarzand Qriqoryan 2008-ci ildən Arşaluys kənd administrasiyasına rəhbərlik edir. O, Cəbrayıl və Füzulinin işğalı zamanı Ermənistan ordusunun 5-ci briqadasının komandiri olan Manvel Qriqoryanın qardaşı oğludur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...