Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Tramp Putinlə Suriya sazişi imzalamaq istəyir"

ABŞ-ın CNN telekanalı məlumat yayıb ki, Ağ Ev rəhbəri Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Suriya məsələsi ilə bağlı saziş imzalamağa hazırlaşır. 

Mynews.az xəbər verir ki, ABŞ prezidenti bu məsələni Putinlə iyulun 16-da Helsinkidə keçirəcəyi görüşdə müzakirə etmək istəyir. 

CNN-nin məlumatına görə, saziş imzalansa, ABŞ ordusu Suriya ərazisini tərk edəcək, bundan sonra rəsmi Dəməşq İordaniya paytaxtının ərazisini nəzarətə götürəcək.

Bunun qarşılığında Ağ Ev Suriya rəsmi hakimiyyətinin terrorçuları təqib etməyəcəyi və onların bu ölkənin ərazisini tərk etməyə imkan verəcəyi ilə bağlı Rusiyadan zəmanət almaq istəyir. 

Bundan başqa, jurnalistlər əlavə edib ki, Rusiya sazişdən sonra Suriyanın cənub-qərbində diskolasiya zonası yaradacaq. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...