Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lapşin Ermənistan prezidenti ilə görüşdü: - "Liderə xas xüsusiyyəti yoxdu"

Rusiyalı bloqer Aleksandr Lapşin Vaşinqtonda Ermənistan prezidenti Armen Sarkisyanla görüşüb.

Mynews.az xəbər verir ki, o, sosial şəbəkədəki hesabından Sarkisyanla birgə fotosunu paylaşıb və bu sözləri yazıb:

“Vaşinqtonda Ermənistan prezidenti Armen Sarkisyanla görüşdüm. Çox səmimi bir şəxs idi və liderlərə xas olan ikrahlığı yox idi ".

Xatırladaq ki, bloger Rusiya və İsrail vətəndaşıdır. O, Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Dağlıq Qarabağa getmişdi.

Dağlıq Qarabağa səfər etdiyi üçün Azərbaycan tərəfindən qara siyahıya salınan Lapşin neynəlxalq axtarışa verilmiş, 2016-cı ilin dekabrında Minskdə Azərbaycan dövlətinin sifarişi ilə saxlanılmışdı.

2017-ci ilin fevral ayında o, Azərbaycana təhvil verilib. İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan bloqeri 3 il müddətinə azadlıqdan məhrum edib. 7 ay həbsxanada saxlanıldıqdan sonra, Azərbaycan prezidenti tərəfindən əfv olunaraq İsrailə təhvil verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...