Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sağçı siyasətçi - “Ərdoğanın “Allah böyükdür” deyərək...”

Hollandiya və Türkiyə arasındakı gərginliyin artdığı bir vaxtda Avropa İttifaqının daha bir ölkəsi Türkiyə əleyhinə bəyanat verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İtalyanın sağçı “Şimal Liqası”nın lideri Matteo Salvini sosial şəbəkədəki səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatlarını təhdid kimi qiymətləndirib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hollandiyaya “nasist” və “faşist” deyərək hücum etməsi, “Allah böyükdür” deyərək qışqırması hər kəs üçün təhdiddir. Türk nazirlər İtaliyaya xoş gəlməzlər. Türkiyə Avropa deyil və heç bir zaman da olmayacaq”, - müxalifət partiyasının lideri qeyd edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...