Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İrandan ŞOK ÇAĞIRIŞ - “Türkiyəyə getməyin!”

Ankara-Amsterdam qarşıdurmasının davam etdiyi bir vaxtda İrandan Türkiyəyə qarşı ittihamlar səslənib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İran parlamentinin sədri Əli Laricani Türkiyədən bəyanatlarında diqqətli olmasını gözlədiklərini deyib.

Ankaradan son zamanlar İranla bağlı verilən bəyanatların qonşuluq münasibətlərinə yaraşmadığını qeyd edən parlament sədri ölkə vətəndaşlarına “Türkiyəyə getməyin!” çağırışı edib. O, İranın soyuqqanlı davrandığını söyləyib.

“Xalqımızın təhlükəsizliyini qorumaq üçün xəbərdarlıq etmək məcburiyyətindəyik”, - o bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...