Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

4 yaşlı uşaq insanları yanğından belə xilas etdi - VİDEO

Ufa şəhərində 4 yaşlı Alyoşa Qrebeşkovun ayıqlığı sayəsində yaşayış binasında yanğının qarşısını almaq və sakinləri xilas etmək mümkün olub.

Mynews.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Başqırdıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ufa rayonununda, Demskdə yaşayan azyaşlı oğlan velosipedlə gəzərkən Aleksandrovka küçəsində xüsusi evlərdən birinin pəncərələrindən alov qalxdığını görüb. Uşaq dərhal evə dönərək bu haqda atasına xəbər verib və ata yanğınsöndürənləri çağırıb. Qısa müddətdə çağırışa gələn yanğınsöndürənlər onlarla əmək miqrantının yaşadığı hosteldəki yanğını söndürüblər.

“Bu gün ayıq-sayıqlıq göstərmiş bu kiçik qəhrəmanımıza oyuncaq avtomobil, eləcə də içərisində rəngləmə rəsmlər və rebuslar olan “Yanğınsöndürən patrul” uşaq jurnalını hədiyyə etdik. Əslində Alyoşa insanların həyatını xilas etdi – yanğında heç kim xəsarət almadı”, – deyə Başqırstan Respublikası FHN-nin mətbuat xidmətindən bildirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...