Sərnişin təyyarəsi itə görə təcili eniş etdi
Sərnişin təyyarəsi balaca itə görə Moskvada təcili eniş etməli olub.
Mynews.az xəbər verir ki, bununla bağlı “İnterfaks” “Şeremetevo” aeroportunun əməkdaşlarına istinadla məlumat yayıb.
Bildirilib ki, Peterburqdan Moskvaya uçan Boinq-737 təyyarəsinin komandiri yük kabinəsinin açılması ilə bağlı siqnalın daxil olması məlumatını verib. Həmin vaxt təyyarə dörd min metr yüksəklikdə olub.
Təcili eniş zamanı heç kim xəsarət almayıb. Aeroport əməkdaşları laynerin yük kabinəsinin açıq olduğunu təsdiqləyiblər.
“Baxış zamanı yük kabinəsində qəfəsdə olan itin naməlum formada qəfəsin qapısını açdığı, daha sonra isə yük kabinəsinin açılması üçün istifadə olunan düyməni basdığı məlum olub”, - məlumatda qeyd edilib.
Yük kabinəsi tam açılmadığı üçün it təyyarədən çıxa bilməyib və sağ qalıb.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 971 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 937 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 928 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 927 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 925 dəfə oxunub