Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qarabağ separatçıları Mingəçevir SES-i vurmaqla təhdid etdilər

Lazım gəlsə, biz Mingəçevir SES-ə zərbə endirəcəyik. 

Mynews.az xəbər verir ki, bu fikirləri Qarabağdakı erməni separatçılarının komandiri Levon Mnatsakyan səsləndirib.

O bildirib ki, Mingəçevir SES hədəf kimi separatçıların taktiki planına daxil edilib. 

“Hərb sənəti bu cür hərbi obyektlərə zərbələr endirilməsini tələb edir. Bu, iqtisadiyyata zərər verəcək və düşmənin silahlı qüvvələrinin müvafiq resurslarla təminatına mane olacaq. Bu obyekt bizim planımıza daxildir”.

Mnatsakyan əlavə edib ki, hər şey buna ehtiyacın yaranmasından asılıdır. 

Azərbaycanın Belarus istehsalı “Polonez”, Çexiya istehsalı “Dana” və İsrail istehsalı “LORA” silahlarını əldə etməsinə münasibət bildirən separatçıların komandiri deyib ki, erməni tərəfi buna layiqincə cavab verə bilər. 

“Oxşar silahlar bizim Silahlı Qüvvələrimizdə də var. Bizdə nəinki eyni imkanlar, həm də daha yaxşı atəş qabiliyyətinə malik silahlar var”, - o qeyd edib. (OXU.AZ)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...