Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xırdalanda intihar edən gənc nişanlı imiş - TƏFƏRRÜAT - VİDEO

Abşeron rayonunun Xırdalan şəhərində baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.

Mynews.az-ın oxu.az-a istinadən məlumatına görə, "Kristal Abşeron" yaşayış kompleksində intihar edən Tural Nağıyev nişanlı olub. 

Kompleksin sakinləri bildirib ki, hadisə ötən gün 18:00 radələrində baş verib:

"1992-ci il təvəllüdlü Tural bu binada kirayədə yaşayırdı. Özünü 8-ci mərtəbədən ataraq intihar edib".

Şahidlər qeyd edib ki, mərhum intihar edən zaman qollarında kəsiklər olub.

Tural Nağıyevin Tovuz rayon sakini olduğu bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...