Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanda KTMT baş katibinə ittiham irəli sürülüb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturova ölkənin konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb.

Mynews.az-ın “News.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistanın Xüsusi İstintaq Xidmətindən bildiriblər ki, ittiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb.

Müstəntiq İrəvan məhkəməsində Y. Xaçaturovun həbs edilməsi ilə bağlı vəsatət qaldırıb.

Qeyd edək ki, Y. Xaçaturov 2008-2016-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin rəisi olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...