Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistan ordusunun hərbi qulluqçusu öldü

Ermənistanın cənubundakı Qoris şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində muzdlu hərbi qulluqçu Armen Minasyan həyatını itirib.

Mynews.az xəbər verir ki, bununla bağlı Shamshyan.com saytı məlumat yayıb. 

Bildirilib ki, qəza Yerevan magistralında baş verib. 29 yaşlı Armen Minasyan Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində çalışır.

Qeyd edilib ki, bu, sutka ərzində muzdlu hərbi qulluqçunun iştirakı ilə baş verən ikinci hadisədir. İyulun 29-da Araqatson vilayətində baş verən qəzada 33 yaşlı hərbi qulluqçu Vaaqn Ovanisyan ölüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...