Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sarqsyanın partiyası Koçaryanın müdafiəsinə qalxdı

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın Respublika Partiyasının parlamentdəki fraksiyası eks-prezident Robert Koçaryanın həbsini qanunsuz hesab edib və bu məsələni beynəlxalq arenada qaldırmaq niyyətindədir. 

Mynews.az xəbər verir ki, bununla bağlı “İnterfaks” məlumat yayıb. 

“Bu prosesin demokratiya, qanunun aliliyi və azad məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur”, - parlament fraksiyasının bugünkü bəyanatında deyilir. 

Qeyd edilib ki, bu cinayət işi Ermənistanın daxili siyasi inkişafına mənfi təsir göstərəcək. 

“Bu cür əsassız ittihamlara görə ölkədə sosial separatçılıq meyilləri güclənir”, - bəyanatda bildirilib. 

Respublika Partiyasından olan deputatlar hesab edir ki, Koçaryana qarşı cinayət işi insan hüquq və azadlıqlarının pozulmasına gətirib-çıxaracaq, Ermənistanın beynəlxalq səviyyədə və hüquqi orqanlarda reytinqini aşağı salacaq.

Xatırladaq ki, Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın Xüsusi İstintaq Xidmətinin iddiasını təmin edərək, iyulun 27-də 2008-ci ilin martın 1-də baş verən hadisələr səbəbindən Robert Koçaryan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...