Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada daha bir azərbaycanlı suda boğuldu

Rusiyanın Tümen vilayətindəki Mullaşı gölündə 19 yaşlı azərbaycanlı boğulub.

Mynews.az Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə Mullaşı gölünün sahilindəki “Kuba” çimərliyində baş verib. 

Tümen vilayətinin Fövqəladə Hallar İdarəsinin rəhbəri Yuri Alexin bildirib ki, batan şəxs Azərbaycandan Tümenə qonaq gələn 19 yaşlı oğlandır. 

Qeyd edilib ki, hadisə zamanı gənc sərxoş olub.

Xatırladaq ki, bir müddət öncə Sankt-Peterburqda tanımadığı qızın suya düşmüş çantasını götürmək istəyən 22 yaşlı azərbaycanlı Nəzir Maksimov boğulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...