Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Medvedev Gürcüstan müharibəsinin təfərrüatını açıqladı

Rusiya baş naziri Dmitri Medvedev Rusiya və Gürcüstan arasındakı “Beşgünlük müharibə” ilə bağlı “Kommersant” qəzetinə müsahibə verib. 

Mynews.az xəbər verir ki, müsahibə hərbi əməliyyatların başlanmasının 10 illiyinə həsr olunub. 

O zaman ölkə prezidenti postunu tutan Medvedev münaqişənin təfərrüatını açıqlayıb. 

Onun sözlərinə görə, hərbi əməliyyatların başlanması üçün zərurət yox idi:

“Ancaq “Saakaşvilinin (Mixail Saakaşvili – 2004-2013-cü illərdə Gürcüstanın prezidenti) və onun tərəfdarlarının məsuliyyətsizliyi, əxlaqsız və cinayətkar davranışı buna vadar etdi”. 

“Düşündüm və belə qərara gəldim: Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqdan yaxşı heç nə yoxdur”, - Rusiyanın baş naziri bildirib. 

Medvedevin sözlərinə görə, o, Rusiyada, Zaqafqaziyada gələcəkdə sülhün saxlanılması üçün çalışırdı. Və, bu, yeganə mümkün addım idi. 

“Bir müddət sonra VladimirPutinin rəhbərlik etdiyi hökumətlə danışdım. O da məni bu məsələdə dəstəklədi”, - o qeyd edib. 

Medvedev deyib ki, 2008-ci ildə baş verən münaqişədə Rusiyanın Gürcüstanı darmadağın etmək və prezident Mixail Saakaşvilini edam etmək niyyəti yox idi. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...