Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sarqsyan Qarabağa gəldi

Ermənistanın sabiq prezidenti Serj Sarqsyan məzuniyyətdən sonra vətəninə qayıdıb və daha sonra Xankəndinə gəlib. 

Mynews.az xəbər verir ki, bununla bağlı “Joxovurd” məlumat yayıb. 

Ermənistanın sabiq prezidenti 10 gün əvvəl ölkəni tərk edib və bəzi məlumatlara görə, İtaliyaya istirahətə yollanıb. 

Məzuniyyətdən qayıtdıqdan sorna Sarqsyan Yerevanda qısa müddət qalıb, bundan sonra anasını görmək üçün Qarabağa gəlib. Artıq üç gündür ki Sarqsyan Xankəndidədir. 

Üçüncü prezidentin ofis rəhbəri Naira Petrosyan Sarqsyanın Ermənistana qayıtdığını təsdiqləyib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...