Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yaponiyada xilasedici helikopter yoxa çıxıb

Yaponiyanın Qumma prefekturasında xilasedici helikopter yoxa çıxıb. 

Mynews.az xəbər verir ki, bununla bağlı “Kyodo” agentliyi məlumat yayıb. 

Hadisə zamanı helikopterdə doqquz nəfər olub. Kusatsu-Sirane aktiv vulkanının yerləşdiyi rayonda helikopterlə əlaqə kəsilib.

Ekipaj helikopterlə Qumma və Naqano prefekturalarının sərhədində dağ cığırlarının vəziyyətini yoxlamalı idi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...