Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yunanıstan Moskvadakı səfirini geri çağırıb

Diplomatlarının deportasiya edilməsinə reaksiya göstərən Yunanıstan Moskvadakı səfirini geri çağırıb.

Yunanıstan hökuməti 11 iyulda 2 Rusiya diplomatını "Yunanıstanın daxili işlərinə qarışdığı" iddiasıyla deportasiya edərək, ölkəyə girişlərini qadağan etmişdi. Rusiya Xarici İşlər Nazirliyi də Yunanıstanın Moskvadakı səfirini nazirliyə çağırıb, Afinanın rusiyalı diplomatları deportasiya etmək qərarına cavab tədbirləri kimi 4 Yunanıstan diplomatını deportasiya etməyi qərara almışdı.

Yunanıstan Xarici İşlər Nazirliyi Rusiyanın yunanıstanlı diplomatları deportasiya etməsinə reaksiya göstərərək, "Rusiya tərəfinin qərarı intiqam məqsədlidir və heç bir əsası yoxdur" açıqlamasını vermişdi. Xarici işlər Nazirliyindən verilən yazılı bəyanatda Rusiyanın "190 ildir ki, Yunanıstan-Rusiya arasındakı münasibətləri müəyyən edən dostluq və əməkdaşlıq səviyyəsinə layiq mövqelərdən sabit şəkildə uzaqlaşdığı" fikri müdafiə edilmişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...