Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

BMT baş katibi Xəzərlə bağlı qərarı alqışladı

BMT-nin baş katibi Antoniu Quterreş Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanmasını alqışlayıb. 

Mynews.az xəbər verir ki, bu barədə baş katibin mətbuat ofisindən bildiriblər.

Quterreş Aktauda imzalanmış konvensiyanı regional əməkdaşlığın vacibliyini göstərən tarixi sənəd adlandırıb. O, sənədin Xəzəryanı dövlətlər arasında problemlərin nizamlanmasında böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

Qeyd edək ki, Xəzər dənizinin statusu haqqında konvensiyanı Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran imzalayıb. Mərasim avqustun 12-də Aktau (Qazaxıstan) şəhərində baş tutub. Konvensiya üzərində 22 il iş aparılıb.

Sənəddə deyilir ki, Xəzər dənizinin ümumi su səthi tərəflərin ümumi istifadəsində qalır. Dib və təbii sərvətlər isə qonşu dövlətlər arasında beynəlxalq hüquq əsasında bölünəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...