Azərbaycanlı zəvvar Həcc ziyarətində tapdığı pulqabını sahibinə qaytarıb
Azərbaycanlı zəvvar Həcc ziyarətində tapdığı pulqabını sahibinə qaytarıb.
Mynews.az "Report"a istinadən xəbər verir ki, Abdulla adlı azərbaycanlı təvaf zamanı (Həcc vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq) pulqabını tapıb.
Pulqabında avro, Səudiyyə rialı və kredit kartları olub. O, pulqabındakı kartda göstərilən telefon nömrələri vasitəsilə onun sahibinin yaxınları ilə əlaqə saxlaya bilib.
Abdulla daha sonra pul kisəsini Avropa, Amerika və Türkiyədən olan zəvvarların işləri üzrə İdarəyə təhvil verib və pulqabını itirən fransalı zəvvar onu oradan götürə bilib.
Azərbaycanlının sözlərinə görə, 1974-cü ildə ilk dəfə Həcc ziyarətinə gəldikdə o, özü pul kisəsini itirib və sonrada Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanları əməkaşları onu taparaq qaytarıblar: "İndi 44 il əvvəlin borcunu geri qaytarıram".
Fransız zəvvar isə pulqabının itirilməsinin onun üçün böyük çətinliklər yaratdığını, orada vacib sənədlər olduğunu bildirib və pul kisəsinin tapılması üçün Allaha dua etdiyini vurğulayıb.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 942 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 593 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 583 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 583 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 580 dəfə oxunub