Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanın sabiq müdafiə naziri axtarışa verildi

Ermənistanın sabiq müdafiə naziri Mixael Arutyunyan 2008-ci il hadisələrinə görə dövlətlərarası axtarışa verilib. 

Mynews.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Ermənistanın polis rəisi Valeri Osipyan məlumat verib. 

“Arutyunyan hələlik İnterpol xətti ilə deyil, dövlətlərarası axtarışa verilib”, - Osipyan bildirib.

Jurnalistin Arutyunyanın Rusiyada olması ilə bağlı fikirlərini şərh edən Osipyan hüquq-mühafizə orqanlarının bununla bağlı KİV-lərdən daha çox məlumatlı olduğunu qeyd edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...