Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Merkel Gürcüstanda a kapella oxudu

Almaniya kansleri Angela Merkel gürcü qonaqpərvərliyindən təsirlənərək, “Şvidkatsa” ansamblı ilə kapella oxuyub. 

Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, kansler Gürcüstana səfərinin ilk günündə təntənəli qəbul zamanı çıxış edib. 

Həmçinin, səfərinin birinci günündə Merkel Tbilisi funikulyoruna minib, Mtatsminda dağından Gürcüstanın paytaxtına baxıb və gürcü çaxırını dadıb. 

“Tbilisiyə gələndə sərhədçiləriniz məni saxladı və soruşdu: uzunmüddətli gəlmisiniz? Mən cavab verdim ki, bir günlük buradayam. Onlar isə dedilər: belə olmaz, siz Mtsxetiyə səfər edə bilməcəyəksiniz. Və mən onlara vəd etdim ki, növbəti dəfə mütləq ora gedəcəyəm. Gürcü-alman dostluğunun şərəfinə içmək istəyirəm”, - o deyib. 

Cümə günü Almaniya hökumətinin rəhbəri Zaqafqaziya turu çərçivəsində Ermənistana gedəcək. Bundan sonra isə Merkelin təyyarəsi Azərbaycan paytaxtına eniş edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...