Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanda polis qatilləri partiya qurdu

2016-cı il 17 iyulda Yerevandakı "Erebuni" polis bölməsini ələ keçirib 3 polisi öldürən "Sasna Tsrer" (Sasun dəliləri) adlı silahlı qrupun nümayəndələri sərbəst buraxıldıqdan sonra eyni ad altında siyasi partiya qurmaq qərarına gəlib.

Mynews.az-ın məlumatına görə, təsisçilərdən biri Varujan Avetisyan "Sasna Tsrer" qrupun fəaliyyətini dayandıraraq eyni adda partiyanı qurduqları barədə bəyanat verib: 

"Partiyanın fəaliyyət proqramı gələcəkdə formalaşacaq, partiyanın təşkilati toplantısı keçiriləcək və qeydiyyat tamam olacaq.

Ermənistan sərhədlərində dayanan Rusiya əsgərlərinin yerinə Ermənistan əsgərlərinin keçməli və Ermənistanda Rusiya kanallarının yayımı dayandırılmalıdır. Rusiyaya yaxın strukturların milliləşdirilməsi lazımdır".

Qeyd edək ki, "Sasna Tsrer" qrupunun üzvləri bu ilin əvvəlində Ermənistan Penitensiar idarəsinin binası qarşısında etiraz aksiyası keçirmişdilər. Onlar 2017-ci ilin dekabrın 19-dan aclıq aksiyası keçirən keçmiş döyüşçülər Smbat Barseğyan və Armen Bilyanın "Armavir" cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edirdilər.

Etirazlar qismində qrup üzvlərinin polislə toqquşmaları da olmuşdu.

Xatırladaq ki, ötən ay Yerevan məhkəməsi “Sasna Tsrer” silahlı qruplaşmasının rəhbər şəxslərini məhkəmə zalından azad edib.

Təşkilatın ideoloqu və lideri Jirayr Sefilyan, eyni zamanda, Qevorq Safaryan, Nerses Poqosyan, Sasunik Kirakosyan, Qrayr Topçyan və Qalust Qriqoryan məhkəmə zalından azad ediliblər. 

Xatırladaq ki, “Sasna Tsrer” qruplaşmasının üzvləri 2016-cı ilin iyulunda Yerevanda polis məntəqəsinə hücum edərək 3 polis əməkdaşını qətlə yetirmişdi. Onlar Serj Sarkisyan hakimiyyətinə qarşı ən radikal qüvvə sayılırdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...