Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Putin BMT Baş Assambleyasında iştirak etməyəcək

Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının sentyabrda baş tutacaq növbəti sessiyasında iştirak etməyəcək. 

Mynews.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu Kremlin sözçüsüDmitri Peskov deyib.

“Xeyr, prezidentin planlarında belə bir səfər yoxdur”. 

BMT Baş Assambleyasının iclası sentyabrın 18-də başlayacaq. Sessiyanın ilk önəmli hadisəsi sentyabrın 24-də keçiriləcək Nelson Mandela Sülh Sammitidir.

Sentyabrın 25-də isə BMT-yə üzv ölkələrin liderləri, baş nazirləri və xarici işlər nazirlərinin iştirakı ilə ümumi müzakirə aparılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...