Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

72 yaşlı qoca 150 min dollar oğurlayıb porno...

ABŞ-ın Mansfild şəhər sakini 72 yaşlı Frederik Braun veteranlar təşkilatından təxminən 150 min dollar pulu oğurladığına görə 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

BiG.AZ-ın verdiyi xəbərə görə, həmin kişi oğurladığı pulların böyük hissəsini internetlə porno filmlərin izlənilməsinə sərf edib.

Təqsirləndirilən şəxs öz əməlini etiraf edib. Onun cəzasının yüngülləşdirilməsində isə vəkilinin də böyük rolu olub. Yaşını, əvvəllər məhkumluğunun olmamasını və həmçinin veteran olmasını əsaslandıran vəkil F.Braunun maksimum 2 il yarım müddətinə azadlığının əlindən alınmasına nail olub. F.Braun eyni zamanda diabet xəstəliyindən və xroniki böyrək çatışmazlığından əziyyət çəkir, onun ürək köçürülməsinə ehtiyac duyduğu da bildirilir.

Həbsi ilə yanaşı, 72 yaşlı qocaya qarşı həmin pulları qaytarmaq tələbi də qoyulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...