Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistan Hindistan raketlərini almaq niyyətindədir

Ermənistan Hindistan istehsalı “Pinaka” yaylım atəşli reaktiv sistemləri ilə maraqlanır. 

Mynews.az xəbər verir ki, məlumat Hindistan KİV-də yerləşdirilib və bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyantəsdiqləyib. 

“Times of India” nəşrinin məlumatına görə, sistemi işləyib hazırlayan, Hindistanın Silahların Araşdırılması və Hazırlanması Fondunun rəhbəri K.M.Racan erməni nümayəndə heyətinin silahlarla tanış olduğunu bildirib. 

“Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri Hindistanın rəsmi şəxsləri ilə görüşüb və silahlarla tanış olub”, - Ovannisyan deyib. 

Xatırladaq ki, Hindistanın 214 millimetrlik reaktiv sistemi olan “Pinaka” düşmənin canlı qüvvəsini, zirehli texnikalarını, raket buraxılış qurğularını, komanda məntəqələrinin dağıdılmasını, rabitə qovşaqlarını və hərbi-sənaye infrastrukturu obyektlərini məhv etmək üçün nəzərdə tutulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...