Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada itkin düşən azərbaycanlı ər və arvadın meyitləri tapıldı

Rusiyanın Novosibirsk vilayətinin Zayeltsovskiy rayonunda yaşayan azərbaycanlı ər və arvadın meyitləri tapılıb. 

Mynews.az xəbər verir ki, əslən Azərbaycanın Qazax rayonundan olan, 1980-cı il təvəllüdlü Rəhimov Rəhim Həsənağa oğlu və onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Kseniya Rəhimova rayon kənarında yaşadıqları evdən bir neçə gün əvvəl itkin düşüblər.

Yaxınlarının axtarışı nəticəsində ötən gün onların meyiti rayon ərazisindəki meşədə, yaşadıqları evə yaxın yerdə tapılıb. 

Meyitlərin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...