Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistan XİN Merkelin Bakını səhv salması barədə

Ermənistan Xarici İşlər Nazirliyi Almaniya kansleri Angela Merkelin mətbuat xidmətinin yaydığı videoçarxlarda səhvlər aşkar edib və bununla bağlı alman həmkarlarına məlumat verib.

Mynews.az xəbər verir ki, bununla bağlı Ermənistan XİN-in məbuat katibi Anna Naqdalyan məlumat verib. 

“Alman həmkarlarımız bildirdilər ki, səhvlərə səbəb sırf insan faktoru olub”, - Naqdalyan bildirib. 

Xanım Merkelin Ermənistana səfərinə toxunan Naqdalyan deyib ki, səfərin nəticəsində birgə layihələr və sərmayələrlə bağlı konkret razılaşmalar əldə edilib. 

O əlavə edib ki, Almaniya regionda sülh və sabitliyin saxlanılmasında maraqlıdır. 

Xatırladaq ki, Merkelin Cənubi Qafqaz səfəri avqustun 23-də başlayıb. O, əvvəlcə Gürcüstana, oradan Ermənistana, daha sonra isə Azərbaycana gəlib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...