Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistan ordusunun zabiti intihar edib

Bu gün səhər saat 08:15 radələrində Ermənistan ordusunun “N” saylı hərbi hissəsində xidmət edən zabitin cəsədi tapılıb.

Mynews.az Ermənistanın İstintaq Komitəsinə istinadən xəbər verir ki, ölən zabit Ermənistan Silahlı Qüvələrinin baş leytenantı Karen Ovanisyandır.

İlkin məlumata görə, Ovanisyan intihar edib. Belə ki, onun başının yuxarı hissəsində və çənəsində odlu silahdan açılan atəş yeri aşkarlanıb. Ovanisyanın silahla çənəsinin alt hissəsindən yuxarı istiqamətdə özünə güllə atdığı ehtimal edilir. Lakin onun hansı səbbədən intihar etdiyi bilinmir.

Hazırda insidentlə bağlı cinayət işi açılb, istintaq aparılır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...