Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanın polis rəisi Azərbaycanla sərhəddə

Ermənistanın milli təhlükəsizlik müşaviri Armen Qriqoryan və polis rəisiValeriy Osipyan Tavuş vilayətinə baş çəkib. Bu bölgənin Azərbaycanla sərhədində erməni polis qüvvələri növbə çəkir. 

Mynews.az xəbər verir ki, bununla bağlı Qriqoryan “Facebook” hesabında məlumat yerləşdirib. 

O bildirib ki, avqustun 28-də baş tutan səfər çərçivəsində Ermənistan baş nazirinin qərarı ilə bir neçə gün əvvəl Azərbaycanla sərhəddə keşik çəkməyə göndərilən daxili qoşunların hərbi qulluqçularının xidməti ilə tanış olublar. 

Qriqoryan və Osipyan qoşunların yerləşdirildiyi ərazidə olub və hərbi keşiklə bağlı bəzi məsələləri müzakirə edib. Onlar əsgərlərin problemləri ilə tanış olublar. 

Xatırladaq ki, avqustun 23-də Ermənistan daxili qoşunlarının ilk bölməsi Ermənistan Silahlı Qüvvələrinə birləşdirilib və Ermənistanın Azərbaycanla sərhədinə göndərilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...