Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Meksikada fotojurnalist güllələndi

Meksikada fotojurnalist Havyer Rodriqes güllələnib. 

Mynews.az xəbər verir ki, bununla bağlı Meksika KİV məlumat yayıb. 

Məlumata görə, naməlum şəxs Kankun şəhərində jurnalistə atəş açıb. Rodriqesin işlədiyi telekanal bəyan edib ki, hadisə zamanı jurnalistlə yanaşı, bir nəfər də öldürülüb. 

İstisna deyil ki, o, kommersiya fəaliyyətinə görə qətlə yetirilib. Jurnalistlikdən əlavə, Rodriqes işlənmiş avtomobillərin satışı ilə də məşğul olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...