Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Erməni hərbçilər qəzaya düşdülər - FOTO

Bu gecə Ermənistanın Lori əyalətində hərbi qulluqçuların iştirakı ilə növbəti ağır yol qəzası baş verib.

Mynews.az xəbər verir ki, gecə saat 01:00 radələrində əyalətin Spitak-Vanadzor yolunda “VAZ-2106” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq qəza törədib.

Qəza nəticəsində avtomobilin sürücüsü yerindəcə ölüb. Ciddi bədən xəsarətləri alan 23 yaşlı M.Qarnik və 22 yaşlı N.Vaqarşak isə Spitak xəstəxanasına yerləşdiriliblər. 

Qeyd olunur ki, qəzada ölən və yaralananların hamısı Ermənistan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət keçən hərbi qulluqçulardır.(Femida.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...