Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gürcüstanda güclü partlayış

Gürcüstanın Poti şəhərində baş verən güclü partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb. 

Mynews.az xəbər verir ki, bununla bağlı “Rustavi 2” telekanalı məlumat yayıb.

Partlayış şəhərin Nabado rayonunda, naməlum şəraitdə baş verib. Hadisə zamanı gənclərin əlindəki qumbara partlayıb. 

Xəsarət alanlar Poti və Kutaisidəki xəstəxanalara çatdırılıb. Onlardan birinin yetkinlik yaşına çatmadığı bildirilib. 

Hadisə nəticəsində yaxınlıqdakı infrastruktura da ziyan dəyib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...