Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya sabiq erməni nazirin axtarışından imtina etdi

Rusiya beynəlxalq axtarışa verilən Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Mikael Arutyunyanın axtarışından imtina edib. 

Mynews.az xəbər verir ki, bununla bağlı”İnterfaks” yerli mənbəyə istinadla məlumat yayıb. 

“2008-ci il martın 1-də Yerevanda baş verən hadisələrdə ittiham olunan Arutyunyanla bağlı materiallara baxıldıqdan sonra Rusiya ərazisində onun axtarışından imtina ilə bağlı qərar qəbul edilib”, - mənbə bildirib. 

O deyib ki, bununla da, Rusiyada erməni naziri heç bir təhlükə gözləmir. Ancaq mənbə qeyd edib ki, Arutyunyan hansısa MDB ölkəsində görünsə, həbs oluna və Ermənistana verilə bilər. 

O əlavə edib ki, sabiq nazirin həbsi ilə bağlı müraciət Moskvaya Ermənistan Baş Prokurorluğundan deyil, dövlətlərarası axtarış xətti ilə daxil olub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...