Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kaliforniyada beş nəfəri öldürən şəxs intihar etdi

Kaliforniya ştatının Beykersfild şəhərində baş verən silahlı insident zamanı azı beş nəfər ölüb. 

Mynews.az xəbər verir ki, şübhəli şəxs polisdən qaça bilmədiyini görərək, intihar edib. 

Hadisə dünən gecə saatlarında baş verib. Kişi və həyat yoldaşı nəqliyyat şirkətlərindən birinin ofisinə gəlib və bu zaman onların digər ziyarətçilərlə mübahisəsi düşüb. Mübahisə zamanı şübhəli şəxs həyat yoldaşı və daha bir nəfəri güllələyib. Həmin vaxt ofisə girən daha bir nəfər də cinayətkarın qurbanı olub. 

Şübhəli yaxınlıqdakı evlərdən birinə gedib və oradakı iki nəfəri də öldürüb. Sonra o, içərisində qadın və uşağın olduğu maşını qaçırıb. Qeyd edilib ki, onlar xəsarət almayıblar. Sonda kişi intihar edib. 

Polis hadisənin səbəblərini araşdırır. (Oxu.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...