Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Öldürülən iki uşaq atası yenidən "doğuldu", qatilini tapdı - REAL HƏYAT DRAMI - FOTOLAR

BBC-nin 1990-cı ildə ortaya çıxardığı tükürpədən bir olay hər detalı ilə o dönəmin ən səs-küylü hadisələrindən hesab edilir.

Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, real həyat hadisəsindən bəhs edən olayda reinkarnasiya (ruhun başqa bədənə köçməsi) ilə dirildiyini iddia edən bir uşağın öncəki həyatında onu öldürən qatilini tapmasından bəhs edilir.

Rreinkarnasiya "ölümdən sonra dirilmə" - Ölən insanın ruhunun başqa bir bədənə köçməsi inancıdır.

Titu Singh hələ 2.5 yaşı olarkən ailəsinə elə şeylər danışır ki, sanki başqa bir həyatı yaşamış və o an yeni bir həyatın içərisində imiş kimidir. BBC-nin də yayımladığı reportajda, Titu Hindistanın şimalındakıl Aqra şəhərində bir qədim evi təsvir edib.

Titu iki uşağı olduğunu, uşaqlarını və evini dolandırmaq üçün mağazada çalışdığını deyir. İlk həyatı zamanı təbii ki, adı Titu olmayıb. Ona verilən ad Suresh Verma, arvadının adı da Umadır.

Bu reportajdan öncə Titunu yaxınları ciddiyə almırlar, bunları xəyal gücü ilə yaratdığı düşünülürdü.

Fəqət, azyaşlı uşaq silahla vurulub öldürüldüyünü dedikdən sonra, ailəsinin diqqətini çəkir. Öncəki həyatından qalan xatirələri, Titunun təkcə başından vurulmağından ibarət olmur. Güllə başının sol yanından çıxdıqdan sonra cəsədi yandırılıb və çaya atılıb.

Ailə Titunun qardaşını hadisələrin baş veridiyi Aqraya yollayır. Araşdırma zamanı Aqrada Uma adında 2 uşaq anası olan bir dul qadın tapılır.

Qadın bir dükanda çalışırdı və adı da deyildiyi kimi Suresh idi.

Titunun qardaşı dükan sahibi qadın Umanı tapır və duyduqlarını, həqiqət olma ehtimallarının artdığını etiraf edir. Uma dinlədiklərindən sonra Titunu görmək istədiyini bildirir. Titunu Aqraya gətirirlər. Qarşılaşdıqları zaman atası olduğunu iddia etdiyi iki uşağını tanıyır. Sadəcə uşaqlarını yox, çalışdığı dükanı olduğu kimi xatırladığını və mağazadakı dəyişikliklərin harada aparıldığını Umaya bildirir və o da təsdiq edir.

Titu və Uma adətən keçmişi xatırlamağa başlayırlar. Titu xatirələri təzələyərkən, Umaya birlikdə getdikləri bir yarmarkadan bəhs edir.

Və bağçalarında basdırdıqları qızılları xatırladır. Bu sirri Titunun bilməsi bir möcüzə idi. Bu möcüzəvi xətirələr sonda yerini o qandonduran olayla əvəz edir. Bu qarşılaşma sonrası cəsədin yarılma əməliyyatının hesabatı Titunun anlatdıqlarının gerçək olduğunu təsdiqləmiş olub.

Hadisə məhkəməyə qədər yenidən gedib çıxır, Titu cinayətin detallarını cinayətkarın həbsi üçün yenidən danışır.

Qatilinin adını da xatırlayan Titu: "Sedick Johaadien adında bir iş adamı, axşam saatlarında bir kişi ilə birlikdə evimə gedərkən, maşınımdan düşəndə məni vurmuşdu" deyib.

Aqra polisi bu detalların izinə düşür, Sedick Johaadien sorğulandığı zaman törətdiyi qətl olayını etiraf edib.

Və beləcə, Sureshin qatilləri ortaya çıxır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...